Qavi onu qınayanlar haqda danışdı

“Barselona”nın yarımmüdafiəçisi Qavi futbol meydançasındakı çıxışı ilə bağlı insanların fikirləri haqda danışıb.

Futbolpress.az xəbər verir ki, o, jurnalistin insanların keyfiyyətlərinizdən çox aqressivliyinizdən danışması sizi narahat etmir? – sualına belə cavab verib:

“Bu doğrudur. Çoxları düşünür ki, mən futbol oynaya bilmirəm. Onlar futboldan heç nə başa düşmürlər”.

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində növbəti oyununu aprelin 9-da evdə Dortmund “Borussiya”sına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.