Qasperini İngiltərədən gələn təklifə “yox” dedi

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İngiltərədən təklif aldığını bildirib.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mütəxəssis həmin təklifə yox deyib. Məlumatda təklifin hansı klubdan olduğu qeyd olunmur.

“Atalanta” Qasperinin rəhbərliyi altında bu mövsüm Avropa Liqasının qalibi olub.