“Qarşıya qoyduğumuz hədəfə çatdıq” – Çakla

“Sabah” Azərbaycan Premyer Liqasını üçüncü sırada başa vurub.

Futbolpress.az xəbər verir ki, “futuristlər” bürünc medalları qazanmaqla yanaşı, Konfrans Liqasına da vəsiqə əldə edib.

“Sabah”ın futbolçusu Sofian Çakla sosial şəbəkə hesabında avrokubolara vəsiqəni şərh edib:

“Çox çətinliklərə baxmayaraq, qarşıya qoyduğumuz hədəfə çatdıq. Hər kəsə təşəkkür edirəm. Azarkeşlər bütün oyunlarda bizi dəstəkləyir. Onlar nəticələrdən həzz almalıdırlar”.

Çakla bu mövsüm çempionatda 32 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.