“Qarabağ”lılar millidə: biri oynadı, biri kənarda qaldı

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi yoldaşlıq görüşü keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Belçika ilə üz-üzə gəlib. Matç “qırmızı şeytanlar”ın qələbəsiylə başa çatıb – 2:0.

Veşoviç bu görüşdə start heyətdə oyuna başlayıb və 70-ci dəqiqədə əvəzlənib. Yankoviç isə heyətdə yer almayıb.