“Mançester Yunayted”in futbolçusu Kazemiro karyerasını Braziliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Flamenqo” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə braziliyalı jurnalist Jorje Nikola məlumat yayıb. “Flamenqo” 32 yaşlı futbolçunu icarəyə götürmək istəyir.
Kazemiro bu mövsüm 24 oyunda 3 qol vurub. Onun klubla sözləşməsi 2026-cı ilin yayına kimidir.
“Flamenqo” daha əvvəl “Qarabağ”dan Juninyonu transfer edib.