“Dinamo”nun (Zaqreb) futbolçusu Petar Suçiç Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, yarımmüdaifəçi 2:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Klubdakı hər kəsi təbrik edirəm. Komanda yoldaşlarımı tərifləmək istəyirəm. Uşaq vaxtı Çempionlar Liqasında olmağı arzulayırdım, indi gerçəkləşdi. İlk oyunda qələbə qazanmışdıq. Qorxsaydıq, rəqib bunu hiss edəcəkdi. Panikaya düşmədik və qələbə qazanaraq, liqa mərhələsinə yollanırıq.
Məqsədim komandaya fayda verməkdir. Futbol komanda oyunudur və hamı çalışmalıdır. “Qarabağ”la oyunda yaxşı müdafiə olunduq. Düşünürəm ki, qələbəni qeyd etməliyik”.