“Qarabağ”ın “Zirə” ilə oyununun biletləri satışa çıxarılacaq

Premyer Liqanın XXIX turu çərçivəsində keçiriləcək “Zirə” ilə oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər 12:00-dan etibarən “iTicket.az”da onlayn, oyun günü isə həm “iTicket.az”da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Aprelin 6-da keçiriləcək matça saat 19:30-da start veriləcək.