“Qarabağ”ın yay planı bəlli oldu

“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. “Qarabağ” iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq.