“Qarabağ” Avropa Liqasına məğlubiyyətlə başladı

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk oyunda “Tottenhem”lə qarşılaşıb. Londonda baş tutan matç rəqibin qələbəsiylə yekunlaşıb – 3:0.

Avropa Liqası
Liqa mərhələsi, I tur

26 sentyabr

23:00 Tottenhem (İngiltərə) – Qarabağ 3:0
Qollar: Brennan Conson, 12, Pape Mata Sarr, 52, Dominik Solanke, 68
Qırmızı vərəqə: Draquşin, 7 (“Tottenhem”)

Baş hakim: Villi Delajo (Fransa)
“Tottenham Hotspur Stadium”.