“Qarabağ”ın tarixini, məşqçisini və onun işini yaxşı bilirəm”

“Ludoqorets”in baş məşqçisi Georgi Dermendciev Çempionlar Liqasının III təsnifat mərhələsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis cavab görüşü haqda bunları deyib:

“Qarabağ” çoxlu beynəlxalq təcrübəyə malik komandadır. Biz də onlardan geri qalmırıq. Bernard Tekpetek ciddi zədə səbəbindən kənarda qalacaq.

“Qarabağ”ın futbolçuları hər oyunda qol vurmağı bacarır. “Qarabağ”ın tarixini, məşqçisini və onun işini yaxşı bilirəm. Qurban Qurbanov peşəkardır.

Bu, bizim üçün son dərəcə vacib oyun olacaq. Futbolçularımın durumu yaxşıdır. Bütün oyunlara yaxşı hazırlaşmağa çalışırıq”.

“Ludoqorets” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq. Komandalar arasındakı ilk görüşdə bolqarlar qələbə qazanıb – 2:1.