Avropa Liqasının Liqa mərhəlisinin VII turu çərçivəsində “Qarabağ” sabah Rumıniyanın “Styaua” klubu ilə qarşılaşacaq.
Azərbaycan millisinin sabiq üzvü, həmçinin bir vaxtlar “Qarabağ”ın da şərəfini qorumuş Emin İmaməliyev “FutbolPress”ə açıqlama verərək, görüşlə bağlı fikirlərini bölüşüb:
“İlk öncə “Qarabağ” klubuna baş sağlıgı verir, Abdolbari bəyə Allahdan rəhmət diləyirəm. Məkanı cənnət olsun. Oyunla bağlı onu deyə bilərəm ki, ilin ilk avroliqa matçıdır və doğma divarlar arasında keçirilir. İnanıram ki “Qarabağ” bu oyunda layiqli qələbə qazanacaq və gözəl oyun sərgiləyəcək. Rəqib zəif deyil. Daha çox müdafiəyə meylli futbol sərgiləyir. Amma buna baxmayaraq, rəqib “Qarabağ”ın sürətli hücumlarının qarşısını almaqda çətinlik çəkəcək. Bu oyunda təmsilçimizdən yalnız qələbə gözləyir və uğurlar arzulayıram”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Styaua” oyunu saat 21:45-də start götürəcək. 7 turdan sonra “Qarabağ” turnir cədvəlində 3 xalla 33-cü, “Styaua” isə 11 xalla 10-cu sıradadır.
Mirkamal Kazım