“Qarabağ”ın sabiq qapıçısı İPL klubu ilə razılaşdı

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 37 yaşlı qolkiper “Everton”la razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Bosniyalı qolkiperlə 1 illik müqavilə imzalanacaq.

Son klubu KPR olan Asmir 2019-cu ilin sentyabrından dekabrına kimi “Qarabağ”ın formasını geyinib.