“Qarabağ”ın sabiq qapıçısı Vaqner Silva özünə yeni klub tapıb.
Futbolpress.az xəbər verir ki, qolkiper Braziliyanın “Operario” klubuna keçib. Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 39 yaşlı qapıçı ilə razılaşmanın detalları açıqlanmayıb.
“Operario” çempionatda 2 turdan sonra 3 xalla 20 komanda arasında 9-cudur.
Vaqnerin son klubu Portuqaliyada “Torrense” olub. 2018-2020-ci illərdə “Qarabağ”da çıxış edən qolkiper ötən ilin yayından klubsuz idi.