“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi oyunun hakim təyinatı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim İştvan Vad olacaq. Ona yan xətt hakimləri Vensel Tot və İştvan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bense Şonka yerinə yetirəcək.
“Linkoln” – “Qarabağ” oyunu iyulun 23-də Cəbəllütariqdə keçiriləcək.