“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərinin bir neçəsi dünən ilk oyunlarını keçirib.
Futbolpress.az xəbər verir ki, İsveçin “Elfsborq” komandası Niderlandda “Alkmaar”a uduzub – 2:3. Norveç “Bodo-Qlimt”i sə güclü “Portu” qarşısında üç xal qazanıb.
“Qarabağ” bu gün I turda “Tottenhem”in qonağı olacaq. Matç saat 23:00-da start götürəcək.
Digər rəqiblərdən “Ayaks” “Beşiktaş”ı, “Lion” “Olimpiakos”u, “Malmö” isə “Reyncers”i qəbul edəcək.
“Qarabağ” “Bodo-Qlimt” ilə noyabrın 7-də, “Elfsborq”la isə dekabrın 12-də qarşılaşacaq.