Rumıniyanın “Styaua” klubunun futbolçusu Alexandru Baluta Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan hücumçu turniri qazanmaq istədiklərini söyləyib:
“Güclü tərəflərimiz haqqında fikirləşməliyik. Yəqin ki, bu qədər müsbət nəticələr qazanacağımızı düşünməzdik. Fədakarlıq etdiyimiz üçün yuxarı pillələrdəyik. Digər komandalar qədər təcrübəmiz yox idi. Amma biz bacardıq”.
Yanvarın 23-də keçiriləcək “Qarabağ” – “Styaua” oyunu saat 21:45-də start götürəcək.