“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Niderland təmsilçisi “İnter”dən ayrılan Davi Klasseni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Klassen ötən mövsüm “İnter”də 22 oyunda meydana çıxıb.
“Qarabağ” “Ayaks”la Liqa mərhələsinin III turunda oktyabrın 24-də Bakıda qarşılaşacaq.