“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Malmö” İsveç çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Hekken”lə qarşılaşıb. Matç “Malmö”nün qələbəsiylə başa çatıb – 4:0.
“Malmö” İsveç çempionatında 24 turdan sonra 53 xalla liderdir və ən yaxın izləyicisi “Yurqorden”i 11 xal qabaqlayır.
Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də başlayacaq.