“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Dinamo” Xorvatiya çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Zaqreb təmsilçisi azarkeşləri önündə “Sibenik”i qəbul edib. Matç “Dinamo”nun qələbəsiylə başa çatıb – 3:0. Qolları Ristovski, Spikiç və Kulenoviç vurub.
“Dinamo” 3 turdan sonra 9 xalla liderdir.
“Qarabağ” Zaqreb təmsilçisi ilə ilk oyunu avqustun 20-də Xorvatiyada keçirəcək. Cavab görüşü 28-də Bakıda olacaq.