“Qarabağ”ın rəqibində yeni futbolçu

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Pirey təmsilçisi “Qalatasaray”dan ayrılan Serjio Oliveyranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu keçidi haqda bunları deyib:

“Çox xoşbəxtəm. Klub məni bura gətirmək üçün çox çalışdı və bu müddətdə mənə sevgi göstərdilər. Karyeramda çox şey qazanmışam, indi daha artığına nail olmaq istəyirəm”.

 

“Qarabağ” “Olimpiakos”la 2025-ci ilin yanvarın 30-da səfərdə qarşılaşacaq.