“Qarabağ”ın rəqibində ayrılıq

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən “Malmö” futbolçusu Peter Qvarqis ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi İraqın “Dahul” klubuna keçib.

“Qarabağ” “Malmö” ilə oktyabrın 3-də, saat 20:45-də Bakıda qarşılaşacaq.