“Qarabağ”ın rəqibinə “yox” dedilər

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Lion” “Beşiktaş”ın futbolçusu Gedson Fernandesi transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Fransa klubu yarımmüdafiəçi üçün rəsmi təklif göndərib. Bu barədə “RMC Sport” məlumat yayıb. “Beşiktaş” Gedsonu buraxmaq niyyətində deyil və təklifi rədd edib.

“Qarabağ” Liqa mərhələsində noyabrın 28-də Bakıda “Lion”la qarşılaşacaq.