“Qarabağ”ın rəqibi yeni futbolçu ilə gücləndi

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Lion” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Marsel”dən Jordan Veretunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Veretu “Marsel”də 2022-ci ildən çıxış edir. O, komandada 94 oyunda 10 qol vurub, 10 məhsuldar ötürmə edib.

“Qarabağ” Liqa mərhələsində noyabrın 28-də Bakıda “Lion”la qarşılaşacaq.