“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Dinamo” (Zaqreb) heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Xorvatiya təmsilçisi “Trabzonspor”dan Mislav Orşiçi heyətinə qatmaq istəyir. Bu barədə “İndex.hr” saytı məlumat yayıb.
“Dinamo” sabiq futbolçusunu qaytarmaq üçün danışıqlara start verib.
31 yaşlı hücumçu 2023-cü ilin yayından “Trabzonspor”da çıxış edir. O, daha əvvəl 2018-2023-cü illərdə “Dinamo”nun formasını geyinib.
“Qarabağ” pley-offda ilk oyunu avqustun 20-də Zaqrebdə keçirəcək. Cavab görüşü isə avqustun 28-də Bakıda olacaq.