“Qarabağ”ın rəqibi “Qalatasaray”ın futbolçusunu istəyir

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Olimpiakos” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Futbolpress.az xəbər verir ki, Pirey təmsilçisi “Qalatasaray”ın cinah oyunçusu Hakim Ziyexlə maraqlanır. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə “Olimpiakos”un Ziyexlə danışıqlara başladığı bildirilib.

Mərakeşli oyunçu Yunanıstan klubundan 3 milyon avro maaş tələb edir.

Ziyex “Qalatasaray”la ümumilikdə 27 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Qarabağ” “Olimpiakos”la 2025-ci il, yanvarın 30-da Yunanıstanda qarşılaşacaq.