“Qalatasaray”ın futbolçusu Serji Oliveyra karyerasını Yunanıstanda davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Olimpiakos”la razılaşıb. Bu barədə SDNA nəşri məlumat yayıb. Xəbərdə Oliveyranın 2 illik müqavilə imzaladığı bildirilib.
Pirey təmsilçisi daha əvvəl “Fulhem”dən Villianı transfer etmişdi.
“Olimpiakos” Avropa Liqasının Liqa mərhələsində 2025-ci il, yanvarın 30-da Yunanıstanda “Qarabağ”la qarşılaşacaq.