“Qarabağ”ın rəqibi qələbə qazandı

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Olimpiakos” Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda 19-cu tur çərçivəsində səfərdə “Atromitos”la qarşılaşıb. “Olimpiakos” bu matçda 2:1 hesabı ilə qalib gəlib. Hazrda turnir cədvəlində “Olimpiakos” 43 xalla liderdir. “Atromitos” isə 22 xalla 9-cudur.

“Olimpiakos” – “Qarabağ” oyunu yanvarın 30-da Yunanıstanda keçiriləcək.