“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Olimpiakos” Yunanıstan çempionatında növbəti qələbəsini qazanıb.
Futbolpress.az xəbər verir ki, komanda XVII turun son matçında səfərdə “Panetolikos”u 2:0 hesabı ilə üstələyib. Qonaqların heyətində El Kaabi (45+5) və Çikino (70) fərqlənib. “Ağ-qırmızılar” 37 xalla Yunanıstan Superliqasının birinci sırasında qərarlaşıblar.
Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”la yanvarın 30-da səfərdə qarşılaşacaq.