“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Lion” qış fasiləsində bir neçə oyunçusu ilə yollarını ayırmağı düşünür.
Futbolpress.az xəbər verir ki, Fransa klubu Vilfrid Zaha, Said Benrahma, Gift Orban, Maksens Koqere, Ernest Nuama və Sael Kumbedini satmaq istəyir. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
“Lion” maliyyə problemləri yaşayır və klub mövsümün sonuna kimi borclarını ödəyə bilməzsə, elitadan kənarlaşdırılacaq.
“Qarabağ” “Lion”la noyabrın 28-də Bakıda üz-üzə gələcək.