“Qarabağ”ın rəqibi MY-nin futbolçusuna “elçi düşdü”

“Mançester Yunayted”in futbolçusu Antoni karyerasını Yunanıstanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Olimpiakos” 24 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Pirey klubu Antonini icarəyə götürmək istəyir.

“Olimpiakos” Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq. Görüş yanvarın 30-da Yunanıstanda olacaq.