Azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyinidiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Ludoqorets”lə qarşılaşıb. Görüş “Arda”nın böyük hesablı məğlubiyyəti ilə başa çatıb – 1:5.
Cəlal bu görüşdə 90 dəqiqə meydanda olub və 37-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Ludoqorets” Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq. İlk oyun avqustun 6-da Bakıda olacaq. Cavab görüşü isə avqustun 13-də Bolqarıstanda baş tutacaq.