“Qarabağ”ın rəqibi 10 nəfərlə 1 xal qazandı

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Olimpiakos” Yunanıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Panatiniakos”la qarşılaşıb. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

“Olimpiakos”un yeganə qolunu Karmo vurub. Pirey təmsilçisi matçı 10 nəfərlə tamamlayıb. “Olimpiakos” 20 turdan sonra 44 xalla liderdir.

“Qarabağ” yanvarın 30-da Yunanıstanda “Olimpiakos”la qarşılaşacaq.