“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Bodo-Qlimt” Norveç çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda XXIII turda səfərdə “Brann”la qarşılaşıb. Matç “Bodo-Qlimt”in məğlubiyyəti ilə başa çatıb – 1:4.
“Bodo-Qlimt” çempionatda 50 xalla birinci sıradadır və ən yaxın izləyicisi “Brann”ı 7 xal qabaqlayır.
“Qarabağ” Norveç təmsilçisi ilə noyabrın 7-də səfərdə qarşılaşacaq.