“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Tottenhem” İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi III turda səfərdə “Nyukasl”la qarşılaşıb. Görüş “sağsağanların” qələbəsiylə başa çatıb – 2:1.
“Tottenhem”in yeganə qolunu 56-cı dəqiqədə Börn avtoqolla vurub. London təmsilçisi 3 turdan sonra 4 xalla 10-cu sıradadır.
“Qarabağ” İngiltərə klubu ilə sentyabrın 26-də Londonda üz-üzə gələcək.