“Qarabağ”ın qələbəsinin UEFA reytinqinə töhfəsi

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”u məğlub etməklə (2:0) Azərbaycanın UEFA-dakı xal ehtiyatını artırıb.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın qələbəsi reytinqə 0,250 xal qazandırıb. Azərbaycan 17, 250 xalla siyahıda 25-ci sıradadır.

Azərbaycan 24-cü sırada yer alan Slovakiyada 0,125 xal geridədir.

Siyahıya 85, 732 xalla İngiltərə başçılıq edir.