“Qarabağ”ın qələbəsi Azərbaycanın xal ehtiyatını artırdı

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”u məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın 5:0 hesablı qələbəsi reytinqə 0,250 xal əlavə edib. Azərbaycan hazırda 18,000 xalla 24-cü sıradadır.

23-cü sıradakı Rusiyanın 18,299, 25-ci pillədəki Slovakiyanın isə 17,875 xalı var.

Siyahıya 89,160 xalla İngiltərə başçılıq edir.