“Qarabağ”ın potensial rəqibləri bu gün üz-üzə gələcəklər

Bu gün Çempionlar Liqasında 2024/25 mövsümünün I təsnifat mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın II təsnifatdakı potensial rəqibləri “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) görüşü də keçiriləcək. Maltada baş tutacaq oyuna saat 20:45-də start veriləcək.

Komandalar arasındakı cavab oyunu iyulun 16-da olacaq.

“Qarabağ” II təsnifatda ilk oyunu iyulun 23/24-də səfərdə, cavab görüşünü isə 30-da Bakıda keçirəcək.