Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Futbolpress.az xəbər verir ki, “Qarabağ” II mərhələdə Cəbəllütariqin “Linkoln” komandasını keçsə, “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” “Linkoln”la ilk oyunu sabah Cəbəllütariqdə keçirəcək. Komandalar arasındakı cavab görüşü iyulun 30-da Bakıda olacaq.