Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Futbolpress.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi məlum olacaq. Tədbir saat 14:00-da başlayacaq.
“Qarabağ” II təsnifat mərhələsində “Linkoln”u keçsə, səpələnmişlər sırasında yer alacaq.
“Qarabağ” Cəbəllütariq təmsilçisi ilə ilk oyunu sabah səfərdə keçirəcək, cavab görüşü isə iyulun 30-da Bakıda olacaq.