“Qarabağ”ın oyununun hakimləri dəyişdi

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimləri dəyişdirilib.

Futbolpress.az xəbər verir ki, görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi Ukraynadan yox, Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Yakob Sandberq olacaq. Ona yan xətt hakimləri Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yens Mae yerinə yetirəcək.

Matç iyulun 30-da keçiriləcək. “Qarabağ” ilk oyunda 2:0 hesablı qələbə qazanıb.