UEFA Avropa Liqasının II turunda keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) oyununa 18 min bilet satılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də start götürəcək. Azərbaycan təmsilçisi ilk matçda “Tottenhem”ə uduzub – 0:3. “Malmö” isə Şotlandiya “Reyncers”i ilə bacarmayıb – 0:2.