“Qarabağ”ın oyununa neçə bilet satılıb?

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununa bilet satışı davam edir.

Futbolpress.az xəbər verir ki, oktyabrın 24-də baş tutacaq matça 20, 200 bilet satılıb.

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.