“Qarabağ”ın onlara qarşı seriyası var idi…

“Qarabağ” Avropa Liqasının II turunda Bakıda “Malmö”yə uduzub – 1:2.

FutbolPress“in məlumatına görə, “atlılar” beynəlxalq arenada birinci dəfə İsveç komandası ilə dueldən məyus ayrılıb. Belə ki, “Qarabağ” buna qarşı isveçlilərə qarşı keçirdiyi 6 oyunda da qələbə qazanıb.

Azərbaycan təmsilçisi daha əvvəl “Gefle”, “Hekken” və “Göteborq”u həm evdə, həm səfərdə məğlub edib.

“Qarabağ” Avropa Liqasına uğursuz start verib və komanda ilk iki oyunu uduzub.