“Qarabağ” ilk qələbəsini qazandı

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”in qonağı olub. Norveçdə baş tutan görüş “atlılar”ın qələbəsiylə başa çatıb – 2:1.

“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabıyla uduzub. “Atlılar” 3 turdan sonra 36 komanda arasında sonuncudur.

UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur

7 noyabr

21:45 Bodo-Qlimt (Norveç) – Qarabağ 1:2

Qollar: Patrik Berq, 41 – Toral Bayramov, 22, Abdullah Zubir, 71
Baş hakim: Luis Qudinyu (Portuqaliya)

“Bodo-Qlimt”: 12. Nikita Haikin, 20. Fredrik Sjovold, 2. Villads Nielsen, 4. Odin Bjortuft, 15. Fredrik Andre Bjorkan, 26. Hakon Evjen, 7. Patrik Berq (k), 14. Ulrik Saltnes, 77. Filip Zinckernagel, 23. Jens Petter Hauge, 94. August Mikkelsen

Baş məşqçi: Kjetil Knutsen

“Qarabağ”: 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Emmanuel Adday, 23. Aleksey Kaşuk, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov