“Dinamo”nun (Zaqreb) futbolçusu Marko Pyatsa Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, komandasının ilk qolunu vuran yarımmüdafiəçi bunları deyib:
“Zaqrebdəkindən daha yaxşı oynadıq, qol buraxmadıq və bu, yaxşı haldır. Ümumilikdə 5:0 hesablı nəticə oldu, bunu əvvəldən desəydilər, bəlkə də, inanmazdıq… İlk oyunda “Qarabağ”ın nəyə qadir olduğunu görmüşdük və ona görə rəqibə hörmətlə yanaşdıq”