Norveçin “Bodo-Qlimt” komandası Avropa Liqasında yarımfinala yüksəlib.
Futbolpress.az xəbər verir ki, sözügedən kollektiv 1/4 finalda “Latsio” səddini aşıb. Norveç təmsilçisi əsas vaxtı 0:2 bitən matçda (ilk oyun 2:0) penaltilər seriyasında dəqiq olaraq, mərhələ adlayıb.
“Bodo-Qlimt” tarixində ilk dəfə beynəlxaql turnirdə yarımfinala yüksəlib. Komanda bu mövsüm turnirdə ev oyunlarında bir dəfə uduzub. Bu, Azərbaycan təmsilçisi “Qarabağ”la matçda olub (1:2).
Norveç klubu yarımfinalda “Tottenhem”lə qarşılaşacaq.