“Qarabağ”ın legionerinə milli dəvət

“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde milli komandasına dəvət alıb.

Futbolpress.az xəbər verir ki, Kabo-Verde yığması sentyabrın 6-da Misir, 10-da isə Mavritaniya millisi ilə qarşılaşacaq.

Klubun futbolçusu Sadiq Məmmədzadə isə Azərbaycanın U-19 yığmasına çağırılıb.

Azərbaycan millisi avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində hazırlıq keçəcək. Toplanış çərçivəsində 3 yoldaşlıq görüşü baş tutacaq. Yığmamız sentyabrın 4-də Şotlandiya, 6-da Niderland, 9-da Uelslə görüşəcək.