“Qarabağ”ın iki futbolçusu “Dinamo” ilə oyunu buraxacaq

“Qarabağ”da Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets”lə oyunda zədələnən Marko Veşoviç və Marko Yankoviçin son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, hər iki oyunçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Veşoviç və Yankoviç “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”suna qarşı keçirəcəyi ilk oyunu buraxacaq.

Matç avqustun 20-də Xorvatiyada olacaq. Cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək.