“Qarabağ”ın hücumçusu “Zirə”yə keçəcək? (AÇIQLAMA)

“Qarabağ”ın hücumçusu Redon Cicanın “Zirə”yə keçəcəyi iddia edilir.

“Qartallar”ın baş meneceri Elman Himayətoğlu “FutbolPress“ə açıqlamasında xəbərlərin əsassız olduğunu bildirdi:

“Heyətin gücləndirilməsi üçün işlərimiz davam edir. Ancaq Cica ilə maraqlanmırıq, gündəmimizdə yoxdur”.

Cica 2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edir. Forvard “atlılar”la son mövsümdə 37 oyunda 7 qol vurub.

“Zirə” buna qədər “Şamaxı”dan Fuad Bayramov, “Turan Tovuz”dan Aydın Bayramovu və “Kəpəz”dən Elçin Əlicanovu transfer edib.