“Qarabağ”ın futbolçusu Türkiyədə baxımlı qol vurdu – VİDEO

“Qarabağ” U-14 komandasının futbolçusu Arda Əzizli Türkiyədə baxımlı qola imza atıb.

Futbolpress.az xəbər verir ki, yeniyetmə futbolçu Antalya şəhərində keçirilən “Junior World Cup” turnirində fərqlənib.

O, “Özerspor”la matçın son dəqiqələrindən baxımlı qolla komandasına qələbə qazandırıb.

“Qarabağ”ın U-14 komandası turniri 5-ci başa vurub.